Panik atak
Dr. Jalə Qarayeva
Nevroloq və EEQ üzrə mütəxəssis
Panik atak nədir?
Panik atak qəfil, güclü qorxu dalğasıdır. Bir neçə dəqiqə içində ürək sürətlə döyünür, nəfəs çatmır, əl-ayaq titrəyir, başgicəllənmə və bədəndən qopma hissi yaranır. Çox adam bunu ilk dəfə ürək tutması və ya ölüm təhlükəsi kimi yaşayır.
Əslində panik atak bədənin «təhlükə siqnalı» sisteminin boş yerə işə düşməsidir. Real təhlükə olmadan adrenalin ifraz olunur və bədən sanki qaçmağa və ya döyüşməyə hazırlaşır. Əlamətlər çox narahatedicidir, amma panik atağın özü həyat üçün təhlükəli deyil.
Tutma adətən 10 dəqiqə ərzində ən güclü həddinə çatır və 20–30 dəqiqəyə sakitləşir. Panik atak tez-tez təkrarlanır və insan yeni tutmadan qorxmağa başlayırsa, buna panik pozuntu deyilir. Bu, müalicə olunan vəziyyətdir.
Bir tutma necə keçir?
Panik atak, yoxsa ürək tutması?
| Əlamət | Panik atak | Ürək tutması |
|---|---|---|
| Başlama | Qəfil — çox vaxt sakit vaxtda və ya stress altında | Çox vaxt fiziki yük, pilləkən, ağırlıq qaldırma zamanı |
| Köksdə hiss | Sıxılma, «ürək partlayacaq» hissi | Təzyiq, ağırlıq; qola, çiyinə, çənəyə yayıla bilər |
| Müddət | 10 dəqiqədə zirvəyə çatır, 20–30 dəqiqəyə keçir | Davam edir, istirahətlə keçmir, güclənə bilər |
| Nəfəs | Tez-tez, dayaz nəfəs; «hava çatmır» hissi | Nəfəs darlığı fiziki yüklə artır |
| Yanaşı əlamətlər | Titrəmə, keyimə, bədəndən qopma, qorxu | Soyuq tər, ürəkbulanma, güclü zəiflik |
| Nə ilə keçir | Yavaş nəfəs və diqqəti yayındırmaqla sakitləşir | İstirahətlə keçmir — təcili yardım lazımdır |
Tutmanı nə başladır?
Bu əlamətlər varsa, gözləməyin
- Köks ağrısı qola, çiyinə və ya çənəyə yayılır və istirahətlə keçmir
- Nəfəs darlığı getdikcə pisləşir, dodaqlar göyərir
- Huşun itməsi, bayılma və ya güclü, keçməyən başgicəllənmə
- Ürək döyüntüsü pozğunluğu ilk dəfə, xüsusən 40 yaşdan sonra yaranıb
- Köks ağrısı güclü soyuq tər və ürəkbulanma ilə birlikdədir
- Əlamətlər adi panik atakdan fərqlidir və şübhə doğurur
Dr. Jalə Qarayeva
Dr. Jalə Qarayeva nevroloq və EEQ mütəxəssisidir. Azərbaycan Tibb Universitetini bitirib, nevrologiya üzrə Türkiyədə, Ankara Gazi Xəstəxanasının nevrologiya kafedrasında ixtisaslaşıb. Hayat Referans Hospital-da panik atak, təşviş pozuntuları, baş ağrıları, miqren və digər nevroloji xəstəliklər üzrə qəbul aparır.
Bu saytdakı məqalələri o, qəbulda panik atak yaşayan insanlardan ən çox eşitdiyi suallara cavab olaraq hazırlayıb.
- Nevrologiya üzrə ixtisaslaşma: Ankara Gazi Xəstəxanası, Türkiyə
- "Sağlam həyat naminə" jurnalında "Baş ağrıları" məqaləsinin müəllifi
- Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin (International Headache Society) konfransının iştirakçısı